Suriya Milli Ordusunun (SMO) başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində şərq hissəsindəki vilayətlərin su və elektrik təchizatının böyük hissəsini təmin edən Tişrin bəndi terror təşkilatı PKK/YPG-nin işğalından xilas edilib.
Əməliyyat çərçivəsində SMO 2015-ci ildən PKK/YPG terror təşkilatının işğalı altında olan Tişrin bəndini nəzarətə götürüb.
Mənbic rayonunun cənubunda yerləşən və Fərat çayı üzərindəki əhəmiyyətli bəndlərdən biri olan Tişrin indiyə qədər ələ keçirilən ən böyük və ən əhəmiyyətli bənddir.
Suriyanın elektrik ehtiyacının təxminən 70 faizi Tişrin, Tabqa və Baas bəndlərindən təmin edilir.