AZ

Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik Şurasının ilin yekunlarına dair genişləndirilmiş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, BAMF-ın baş ofisində keçirilən görüşdə ilk çıxış edən təşkilatın prezidenti Umud Mirzəyev 2024-cü ildə görülən işlərdən, əldə olunan nəticələrdən və hazırlanma mərhələsində olan illik hesabatdan danışıb. O, ilin əvvəlində qarşıya qoyulan və planlanan fəaliyyətlərin uğurla icra olunduğunu və bütün bunların növbəti ilin yanvar ayında təsdiqlənəcək yekun hesabatda öz əksini tapacağını qeyd edib.

İclasda Albaniyanın Azərbaycanda və Türkiyədəki sabiq səfiri, dövlət xadimi, diplomat Gənci Muçay BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib. BAMF-ın Himayəçilik Şurasının sədri Çingiz Abdullayev səfirə BAMF-ın rəsmi vəsiqəsini təqdim edib və bu təyinatın milli və beynəlxalq səviyyədə əhəmiyyətindən danışıb. O, cari ilin sonunda qəbul edilən bu qərarın faydalı olacağını xüsusilə qeyd edib.

Daha sonra yeni seçilən və Azərbaycanda çalışdığı dönəmdən BAMF-ın fəaliyyətini izlədiyini bildirən diplomat Gənci Muçay məmnunluğunu ifadə edib və öz dəstək və töhfəsini göstərməyə tələsdiyini vurğulayıb: “BAMF-ın prezidenti Umud Mirzəyev və onun komandasının son 30 ildə gördüyü işlər göz önündədir. Mən aramızda olan dostluq və qardaşlıq əlaqələrinin fonunda bu cür əməkdaşlığı yüksək qiymətləndirirəm”,-deyə səfir bildirib.

Qeyd edək ki, Gənci Muçay 2013-2016-cı illərdə Albaniyanın Azərbaycandakı səfiri olub. O paralel olaraq, Albaniyanın Gürcüstan, İran İslam Respublikası, Pakistan İslam Respublikası və Qırğızıstan Respublikalarında qeyri-rezident səfiri vəzifələrini də icra edib. Zəngin bioqrafiyaya malik olan sabiq dövlət xadimi son olaraq Albaniya prezidentinin xarici məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

 

Seçilən
1
5
azertag.az

6Mənbələr