Suriya Milli Ordusunun (Azad Suriya Ordusu) başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı davam edir. Yeni hədəfin Ayn əl-Ərəb (Kobani) olduğunu bildirən ASO şərqdə Tişrin bəndini PKK/YPG terrorçularından azad edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Tişrin bəndi şərq bölgəsindəki əyalətlərin su və elektrik təchizatının böyük hissəsini təmin edir.