"Liverpul"un baş məşqçisi Arne Slot Vircil van Deyk, Trent Alexander-Arnold və Məhəmməd Salahın cari mövsümün sonunda müqaviləsinin bitməsinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Liverpool Echo" niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb.
"Onlar çox yaxşı bir klubda oynayırlar və indiyə qədər əla nəticələr göstərirlər"
Xatırladaq ki, İngiltərə çempionatının turnir cədvəlinə “Liverpul” inamla başçılıq edir.