AZ

"Liverpul"un yeni transferi niyə oynamır?

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Arne Slot futbolçusu Federiko Kyeza haqda danışıb. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 46 yaşlı mütəxəssis deyib: "Problem ondadır ki, bizim oyunlarımız çoxdur. Kyezaya isə indi oyun vaxtı lazımdır. Oyunçu 5-6 ay ərzində oynamırsa, bəzən məşqçi üçün ona şans vermək çətin olur. Çünki bilmirsən, həmin oyunçudan nə gözləyəsən". 

Qeyd edək ki, Federiko Kyeza "Liverpul"a bu yay transfer pəncərəsində 35 milyon avroya "Yuventus"dan keçmişdi. 27 yaşlı italiyalı vinger bu mövsüm İngiltərə klubunun heyətində 3 oyuna çıxıb və 1 qolun ötürməsini edib. O, sentyabrda əzələ zədəsi aldıqdan sonra hələ də oyun şansı qazanmayıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr