AZ

“Bizim işimizdə hər zaman təzyiq var"

“Vest Hem”in baş məşqçisi Xulen Lopeteqi son turda “Vulverhempton” üzərində qələbədən sonra ona qarşı təzyiqin azalıb-yaxmaması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 58 yaşlı çalışdırıcı bu barədə  mətbuat konfransında deyib.

“Bizim işimizdə hər zaman təzyiq var. Söhbət Premyer Liqadan gedir, ona görə də hər matç çox çətin keçir. Amma eyni zamanda, hər matç çox yaxşı fürsət və çağırışdır. "Bornmut"a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazır olmağa çalışırıq. İşimdən həmişə zövq alıram. Mən burada olmağı və komanda ilə məşq etməyi sevirəm. Başlanğıcımız istədiyimiz kimi olmadı, amma düşünürəm ki, inkişaf edirik. Sizi əmin edirəm ki, biz addım-addım təkmilləşəcək və istədiyimiz səviyyəyə çatacağıq”

Bundan əvvəl Xulen Lopeteqinin yaxın həftələrdə qovulacağı ilə bağlı xəbərlər yayılmışdı.

phrase_var_article.chosen
22
90deqiqe.az

1phrase_var_article.sources