Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 3-cü turunda üç qarşılaşma baş tutub. 

Tura "Milli Aviasiya Akademiyası" və "Abşeron" matçı ilə start verilib. GİN-in Voleybol Mərkəzində baş tutan oyun gərginliyi ilə yadda qalıb. Görüşə daha yaxşı başlayan "Milli Aviasiya Akademiyası" 2:0 hesabı ilə önə keçib. Lakin bundan sonra "Abşeron" təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Həlledici setdə də üstün olan Famil Ağayevin yetirmələri möhtəşəm geri dönüş edərək 3:2 hesabı ilə qələbə qazanıblar. 

Eyni məkanda keçirilən digər oyunda "Gəncə" klubu "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub edib. 

Turun son oyununda isə "AZERRAIL" klubu UNEC-i quru hesabla üstələyib.


Yüksək Liqa

13 dekabr 

III tur

   “Milli Aviasiya Akademiyası” - “Abşeron” 2:3 (25:23, 25:23, 12:25, 16:25, 05:15)

   “Murov Az Terminal” - “Gəncə” 0:3 (21:25, 22:25, 14:25)

   UNEC - “AZERRAIL” 0:3 (14:25, 13:25, 12:25)


Turnir cədvəli:

“Abşeron” -  3 oyun, 3 qələbə, 0 məğlub, 8 xal; 

“AZERRAIL”- 3 oyun, 3 qələbə, 0 məğlub, 8 xal; 

“Gəncə” -  3 oyun, 1 qələbə, 2 məğlub, 4 xal; 

“Murov Az Terminal” -  3 oyun, 1 qələbə, 2 məğlub, 4 xal; 

“Milli Aviasiya Akademiyası” -  3 oyun, 1 qələbə, 2 məğlub, 3 xal; 

UNEC -  3 oyun, 0 qələbə, 3 məğlub, 0 xal;