Türkiyə Google-u 75 milyon dollar cərimələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin antiinhisar tənzimləyicisi Google-u reklam xidmətləri bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 75 milyon dollar cərimələyib.
Türkiyə hakimiyyəti Google-dan 6 ay ərzində fəaliyyətini qanuna uyğunlaşdırmağı tələb edib, əks halda Google əlavə cərimələrlə üzləşəcək.
Xuraman Etibarlı
İnterpress.az