AZ

Kabardin-Balkar Respublikası Azərbaycana mineral su və şirniyyat tədarük etməyi planlaşdırır

Azərbaycanın və Kabardin-Balkar Respublikasının biznes dairələrinin nümayəndələri Rusiya regionundan tədarük edilən məhsulların çeşidinin artırılması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Danışıqlar Azərbaycan sahibkarlarının dekabrın 11-13-də Kabardin-Balkar Respublikasına səfəri çərçivəsində baş tutub.

“Sahibkarlarımız uzun illərdir öz məhsullarını Azərbaycana tədarük edir. Sərhədləri genişləndirmək qərarına gəldik. Qonşularımızdan bizdə istehsal olunan qida məhsulları üçün müraciət olmuşdu. Bunlar şirniyyatlar, mineral və şirin sulardır”, - Sahibkarlığa Yardım Regional Mərkəzinin rəhbəri Hadis Dudarov bildirib.

Biznes-missiya çərçivəsində azərbaycanlı iş adamları “Veles” quş əti emalı müəssisəsində, “Jivaya Voda” mineral və içməli su istehsalı müəssisəsində, Nalçik hala zavodunda olublar, həmçinin əmtəə sərgisində regionun daha doqquz müəssisəsinin məhsulları ilə tanış olublar.

phrase_var_article.chosen
43
far.az

1phrase_var_article.sources