“İlk iki hissə normal keçdi”.
İdman.biz xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Abşeron” BK ilə (75:89) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, meydanda bərabər mübarizə gedib: “Amma üçüncü hissə uğursuz oldu. Böyük fasilədən sonra oyuna bu cür başlamaq olmaz. İndi bizə növbəti oyunlara hazırlaşmaq qalır. Cədvəl kifayət qədər sıxdır. Ruhdan düşmək olmaz. Növbəti oyun artıq 3 gündən sonra olacaq. Hazırlaşıb, özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".
İdman.biz