AZ

Dərs yükünün ağırlığı uşaqlara necə təsir edir?

Məlumdur ki, şagirdlər  günlərinin böyük bir hissəsini məktəbdə parta arxasında oturaraq keçirirlər.

Uşaqlar erkən vaxtlardan xeyli yüklənirlər, lakin bu yüklənmənin fəsadları gələcəkdə özünü daha çox bəlli edir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlar uzun müddət parta arxasında oturduqda, ağır çantaları daşıdıqda onlarda kalsium, vitamin D çatışmazlığı yaranarsa, onurğalarında müxtəlif əyilmələr meydana gəlir:

 “Onurğadakı əyilmələr isə gələcəkdə bir çox xəstəliyin yaranmasına gətirib çıxarır. Artıq dərs yüklərinin, əlavə məşğələlərin olması uşaqlarda çox ciddi yorğunluq yaradır. Bu isə onların sinir sistemi tərəfindən oyanıqlıq, əsəbilik, gərginlik kimi əlamətlərin yaranmasına səbəb olur. Həmin problemləri aradan qaldırmaq üçün həmin məşğələlərin müddəti uşağın yaşına və onun istirahətinə uyğun şəkildə tənzimlənməlidir”. 

Sevinc

Seçilən
37
hit.az

1Mənbələr