AZ

Azərbaycanda Rəqəmsal Məcəllə artıq formalaşdırılıb - İnarə Vəliyeva

Məqsədimiz vətəndaşların, bizneslərin, ideya sahiblərinin fəaliyyətində rəqəmsallaşdırma aparmaqla onların həyatını asanlaşdırmaqdır. Hazırda Milli Məclisdə də bu barədə müzakirələr aparılır. Azərbaycanda Rəqəmsal Məcəllə artıq formalaşdırılıb.

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva deyib.

"Rəqəmsallaşdırma sahəsində işlər digər dövlət qurumları ilə razılaşdırılaraq birgə əməkdaşlıqda aparılır. Bir xidmətin ərsəyə gəlməsi üçün bir neçə dövlət qurumu birgə işləməlidir. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Biz bu barədə COP29 çərçivəsində də danışdıq. Həmçinin bizim qurum üçün "Kağızsız hökümətə keçid" çox vacibdir.

Rəqəmsallaşma və innovasiyanın gücündən yararlanaraq ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi prinsipləri bizim gələcəyə baxışımızın əsasını təşkil edir. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi ilə biz 90 faiz məlumat dəqiqliyini hədəfləyən və qurumlararası məlumat mübadiləsini 7 gündən az müddətə endirən tam “Kağızsız hökumət”ə keçid edirik. Altsistem dövlət qurumları arasında sənədləşmə proseslərini tam rəqəmsal formada həyata keçirir ki, bununla da kağızdan istifadənin azalmasına gətirib çıxarır", - deyə İ.Vəliyeva əlavə edib.

Seçilən
7
2
avtosfer.az

3Mənbələr