AZ

Kənan Yıldızın oyununa ''Yunayted''in əfsanəsi də biganə qala bilmədi

Çempionlar Liqasında 6-cı turun ikinci oyun gününün maraqlı qarşılaşmalarından biri Turində keçirildi.

Çətin dönəmdən keçən ''Mançester Siti'' yenə fanatlarını məyus etdi. Xosep Qvardiolanın kollektivi ''Yuventus'' ilə səfər oyununda fasilədən sonra buraxdığı qollarla 0:2 hesablı məğlubiyyətə düçar oldu. İngiltərə çempionu ÇL-də ardıcıl 3-cü oyunda qələbəyə həsrət qaldı və son 10-cu rəsmi oyunda 7-ci məğlubiyyətlə üzləşdi!

''Yuve''nin heyətində Kənan Yıldız yenə inamlı oyunu ilə diqqət çəkdi. Türkiyə yığmasının gənc ulduzu meydanda olduğu 84 dəqiqə ərzində ''Siti''nin müdafiəsinə ciddi problemlər yaradaraq performansı ilə böyük alqış qazandı. Vlahoviçin 53-cü dəqiqədə baş zərbəsi ilə hesabı açdığı epizodda da məhsuldar ötürməni məhz Yıldız verdi. Onun oyununa hətta ''Mançester Yunayted'' və İngiltərə yığmasının əfsanəsi Pol Skouls da biganə qala bilmədi.

Hazırda şərhçi kimi çalışan 50 yaşlı Skouls ''instaqram''ın hekayə bölümündə ''Kimdi bu Yıldız?'' yazaraq yanına da alqış işarələri əlavə etdi. Onu da bildirək ki, Kənan Yıldız 20 yaşı tamam olmadan ''Yuve''nin heyətində 6-cı ÇL matçına çıxmaqla Pol Poqba və Fabio Mirettinin rekordunu tekrarladı.

Kənan bu mövsüm 21 rəsmi oyunda aktivinə 4 qol, 4 məhsuldar ötürmə yazıb.

ƏLİ

Seçilən
8
football-plus.az

1Mənbələr