AZ

Taylandda saxlanılan dilənçi milyonçu çıxdı

Taylandda milyonçu olduğu ortaya çıxan dilənçi qadın saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Bangkok Post" məlumat yayıb.

Məlumata görə, hadisə yerli polisinBanqkokdakı Suxumvit yolunda sakinlərin şikayəti əsasında dilənçiləri həbs edərkən üzə çıxıb. Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir qadının üzərindən 300 min baht (təxminən 15 min manat), bank hesabında isə təxminən bir milyon baht (təxminən 50 min manat) pul tapıblar. Taylandlı qadın bu pulu dilənərək yığdığını təsdiqləyib.

Polis yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra səkkizi Taylandlı, ikisi Kambocalı, həmçinin Laos və Myanma vətəndaşları da daxil olmaqla 12 dilənçini həbs edib.

Taylandda bu fəaliyyət qanunla qadağan olunduğundan, indi milyonçu və digər saxlanılanlar bir aya qədər həbs və ya 10 min bahta qədər cərimələnəcək. Xarici dilənçilər əlavə olaraq ölkəyə qanunsuz daxil olmaqda ittiham olunublar və deportasiya olunacaqlar.



Müəllif: Arzu
phrase_var_article.chosen
35
3
teleqraf.com

4phrase_var_article.sources