AZ

Xəzərdə üzən gəmilərə Xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu haqda Agentlik məlumat yayıb.

Xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3-4 m.-ə, sonrakı inkişafda isə 6-8 m.-ə çatacağı proqnozlaşdırılır.

Milli.Az

Seçilən
8
26
milli.az

10Mənbələr