AZ

Londonda hündürlüyü 300 metrdən çox olan 74 mərtəbəli ofis qülləsinin tikintisinə icazə verilib

London şəhərinin administrasiyası (City of London Corporation) Böyük Britaniyanın və Qərbi Avropanın ən hündür binası olan “The Shard”ın hündürlüyü ilə eyni hündürlüyə malik olacaq 74 mərtəbəli ofis qülləsinin tikintisinə icazə verib.
 
Bu barədə “Financial Times” məlumat yayıb.
 
“1 Undershaft” adlanan göydələnin tikintisi “qonşuların”, o cümlədən “Lloyd's of London” sığorta bazarının sədri Bryus Karneqi-Braunun etirazından sonra təxirə salınmışdı. Karneqi-Braun yeni binanın Sent Helens meydanının ərazisinə daxil olduğunu, bununla şəhəri çox vacib görüş yerindən məhrum etdiyini bildirmişdi.
 
Layihənin investoru olan “Aroland Holdings” şirkəti və developer “Stanhope” şirkəti yekunda meydanın böyük hissəsini qüllənin özülü üçün saxlamaq məqsədilə tikilinin birinci mərtəbəsinin ölçüsünü azaldıblar.
 
Tikintisinin təxminən 2030-cu ildə tamamlanması planlaşdırılan “1 Undershaft” binası 309,6 metr hündürlükdə olacaq. Bu, Temza çayının əks sahilində yerləşən və 2012-ci ildən bəri Böyük Britaniyanın ən hündür göydələni olaraq qalan “The Shard” ilə eyni hündürlük olacaq.
Seçilən
23
2
moderator.az

3Mənbələr