AZ

Yaşlı qadın baxıcıların səhvı ucbatından öldü

Britaniyada bir qadın baxıcıların onu ayaqyoluna düzgün oturtmaması səbəbindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Parksayddakı qocalar evində baş verib.

Qeyd olunur ki, baxıcıların səhvi ucbatından 77 yaşlı qadının ayaqları ayaqyolundakı oturacağın ön hissəsindəki boşluğa keçib və o, ilişib qalıb. Nəticədə xilasediciləri çağırmaq lazım gəlib.

Daha sonra yaşlı qadına döş qəfəsinin sınığı diaqnozu qoyulub. O, sonradan aldığı xəsarətlərə görə pnevmoniyaya yoluxub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məlum olub ki, baxıcılar uzun müddətr qaldırıcı mexanizmdən istifadəyə laqeyd yanaşıblar.

Lalə Novruz, BakuPost
Seçilən
28
bakupost.az

1Mənbələr