AZ

Xorvatiya klubu "Brayton"un loqosunu oğurlayıb

Xorvatiyanın "Yadran Qaleb" klubu "Brayton"nun loqosundan istifadə edib.

İdman.biz xəbər verir ki, bununla bağlı ingilis klubu qarşı tərəfə böyük məktub ünvanlayıb.

Məktubun təhdid xarakterli olmadığı bildirilib. "Brayton" Xorvatiya təmsilçisindən loqodan imtina olunmasını tələb edib.

Qeyd edək ki, "Yadran Qaleb" Xorvatiyanın 3-cü liqasında mübarizə aparır.

İdman.biz

phrase_var_article.chosen
46
idman.biz

1phrase_var_article.sources