AZ

Əsədin vayına oturmuş mollalar yas içində

Belə görünür ki,  İran molla rejiminin əyri ağzı dəvənin quyruğu yerə dəyəndə düzələcək. Yəni, heç vaxt düzəlməyəcək. Üz-gözləri qıllı, kirli-pasaqlı bu adamlar iki yüz ildir ki, torpağımızı işğal altında saxladıqları, varidatımızı taladıqları bəs deyil, donqar burunlarını həyasızcasına daxili işlərimizə də dürtürlər. Hansı məqsədə qulluq etdiklərini bilmədən ora-bura vurnuxur, əfi ilan kimi ağrıyan başlarını çomaqlara sürtürlər.

Müsəlman ölkələrində qanlar axıdan, “ağ ölüm”lə cəmiyyəti xəstəlyə düçar edən bu ölkənin mühafizəkar dairələri Azərbaycan və Türkiyəyə də dil uzatmaqdan usanmırlar. Özlərini şiə adlandıran, İslam dininin qadağan etdiyi haram işlərə, cinayətlərə rəvac verən İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti müsəlmanlığı dünyada gözdən salmaq üçün hər pis əmələ qurşanır. Bunun nəticəsidir ki, dünyanın bir çox ölkələrində müsəlmanları terrorçu kimi tanıyırlar. Bu barədə çox danışmaq olar. Ancaq əsl məqsədə keçək.

 Vilayəti Azərbaycanla İran hərbçilərinin son birgə hərbi təlimlərindən bu qənaətə gəlib ki, guya rəsmi Bakı Zəngəzur dəhlizinin reallaşmasından imtina edib. Gözünün içinə qədər yalan deyir. Bu, onun görmək istədiyi yuxulardan biridir. Əlbəttə,  dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışqılar dayandırılmayıb. Xatırladaq ki, Vilayəti pozucu fəaliyyəti ilə Azərbaycanın ənənəvi düşmənlərindən biri kimi tanınır.

O, bilməli idi ki, İranla ona görə təlimlər keçirilib ki, sərhəd daha yaxşı qorunsun və İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı tamamilə alınsın və çalmalı mollalar “niyə Azərbaycan yalnız Türkiyə ilə hərbi təlimlər keçirir” bəhanəsini tərgitsinlər. Amma həyasızlıqda erməni qardaşlarını geridə qoyan rejim mənsublarına heç nə təsir etmir, yenə Azərbaycanın kölgəsini qılınclamaqda davam edirlər.

Suriyada baş verənlərdən sonra nişangahı dəyişiblər. Bu dəfə Türkiyəni hədəf seçiblər. İranın mühafizəkar dairələri Əsəd rejiminin devrilməsindən təşviş keçirirlər. Bu, təbiidir. Əsəd Suriyada İranın maraqlarını təmin edir, Tehrandan göndərilən silah və maliyyənin ərazisindən qonşu Livandakı “Hizbullah” qruplaşmasına çatdırılmasına yardımçı olurdu. Bu zaman Əsəd rejiminin minlərlə günahsız insanı öldürməsi, rəqiblərinə işgəncələr verməsi, həbsxanalarda illərlə çürütməsi və şəxsiyyətini alçaltması İran İslam Respublikasının rəhbərliyini qətiyyən narahat etmirdi. Əksinə, belə çirkin işlərdə zülmkar diktatora dəstək verirdi. İranın ali dini lideri Seyid Əli Xameneyi yana-yana deyib ki, Bəşər Əsədin devrilməsində ABŞ, İsrail və “qonşu dövlətlərdən biri”nin rolu olub.

Şübhəsiz ki,  Xameneyi “qonşu dövlətlərdən biri” dedikdə Türkiyəni nəzərdə tutub. Ancaq hansı səbəbdənsə Türkiyənin adını birbaşa çəkməyib. Xameneyinin məntiqinə görə, Əsəd rejimini hakimiyyətdə saxlamaq olardı, ancaq böyük qüvvələr imkan vermədilər. Əsəd rejiminin qalması üçün Suriya xalqının ona dəstəyi və ordusunun sədaqəti lazım idi. Ancaq öz xalqına qarşı əsl cəlladlıq edən Əsəd ölkədə elə bir dəhşətli şərait yaratdı ki, 3 milyon suriyalı Türkiyəyə, 10 milyon vətəndaş isə baş götürüb başqa ölkələrə qaçdılar. Qaçqın orduları indiyədək evsiz-eşiksiz dözülməz, yarıac, yarıtox şəraitdə yaşayıblar. Əsədin əmri ilə ölkədən getməyə imkanı çatmayanların başına bomba yağdırıldı. Azacıq narazılıq edən on minlərlə günahsız adam və müxalifət nümayəndələri həbsxanalarda dəhşətli işgəncələrə məruz qoyuldular. O cür sərvəti aşıb-daşan ölkənin əhalisi aclıq keçirdi. Nəhayət, cana dymuş xalq və ordu vəhşiləşmiş diktatordan üz çevirdi, əks halda, silahlanmış müxalifət döyüşsüz 12 günün içində şəhərləri və paytaxtı asanlıqla ələ keçirə bilməzdi. İranın mühafizəkar dairələri bu reallığı anlamaq əvəzinə dəsmal götürüb Əsədin halına ağlayırlar. Qoy gözləri çıxana qədər ağlasınlar. Əslində daha çox öz aqibətləri üçün narahatdırlar, çünki belə bir gün onları da gözləyir. Diktatorların hamısı eyni şineldən çıxır, yəni insanpərvərlikdən, humanizmdən, bəşəri hisslərdən uzaq kosmopolitlərdir.

Azərbaycan insanlığını itirmiş Əsədin devrilməsini məntiqli sonluq hesab edir və qardaş Türkiyə ilə həmrəyliyini bəyan edib. İslam aləminə və öz xalqına düşmən kəsilən Suriya diktatorundan sonra növbə İrana da çatacaqdır. Görək yanında olduğu Ermənistan da onun yanında olacaqmı? Ancaq yaddan çıxarmasınlar ki, hər cür yardım göstərdiyi Ermənistan çətin günündə Əsədin yanında olmadı. Ümumiyyətlə, öz xalqının nifrətini qazanmış nankor Bəşər Əsədi heç kəs müdafiə etmədi. Əlbəttə, etməz, cəllada güzəşt məzluma xəyanətdir.

phrase_var_article.chosen
58
ikisahil.az

1phrase_var_article.sources