AZ

“O fotoya görə Fatih Terimdən küsmüşəm”

Türkiyə millisinin sabiq üzvü və baş məşqçi Burak Yılmaz “L1 Üçgen” adlı yutub kanalına qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, o, futbolçu karyerası ilə bağlı açıqlamalar verib.

Yılmaz 2018-2019-cu il mövsümündə “Beşiktaş”da forma geyinərkən “Qalatasaray”la keçirilən derbi matçında Fatih Terimin ona gülməsindən incidiyini deyib:

“O fotoya görə, Fatih Terimdən küsmüşəm. Belə bir hadisədən hamı inciyər. Amma mənim inciyib-inciməməyiminin heç bir əhəmiyyəti yoxdur. Həyatımda birlikdə gəzdiyim, mübarizə apardığım insanlar var. Mən onlara heç vaxt belə bir şey etməzdim. Onların yerində mən olsam gülümsəməzdim”.

Şenol Günəşin gedişindən sonra qısa müddətə “Beşiktaş”ın “sükanı arxası”na keçən Burak Yılmaz “Beşiktaş”ın çalışdırıcısı olmağınıza peşmansınızmı?” sualına belə cavab verib:

“Beşiktaş”da məşqçi kimi çalışmamışam. 6 oyunluq kiminsə müvəqqəti orda olması lazım idi və məni seçdilər. Peşmanammı? Bəli. Bəzən yox deməlisən”.

Qeyd edək ki, Burak həmçinin Fatih Terimin rəhbərliyi altında həm Türkiyə millisində, həm də “Qalatasaray”da çıxış edib.



phrase_var_article.chosen
62
1
qafqazinfo.az

10phrase_var_article.sources