AZ

Alman Mərkəzi Bankı gələn il ölkə iqtisadiyyatında artımın 0,2 faiz olacağını proqnozlaşdırır

Berlin, 14 dekabr, AZƏRTAC

Dünyanın üçüncü, Avropanın isə ən böyük iqtisadiyyatına sahib olan Almaniyanı ardıcıl ikinci ildə də durğunluq gözləyir.

AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, Alman Mərkəzi Bankı – “Bundesbank” 2024-cü və 2025-ci illər üçün iqtisadi artım proqnozlarının xeyli aşağı olacağını açıqlayıb. Belə ki, 2023-cü ildəki 0,3 faizlik azalmadan sonra bu il iqtisadiyyatın 0,2 faiz azalacağı gözlənilir. Gələn il isə 0,2 faiz səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

“Bundesbank” sonrakı illərdə də iqtisadi artımın aşağı tempdə olacağını açıqlayıb. Artım tempinin 2026-cı ildə 0,8, bir il sonra isə 0,9 faiz təşkil edəcəyi bildirilib.

Gələn il ölkədə inflyasiyasının səviyyəsi isə 0,1 faiz azalaraq 2,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın 2026-cı ildə 2,1, 2027-ci ildə isə 1,9 faiz səviyyəsində olacağı gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
19
1
azertag.az

2Mənbələr