AZ

Ruanda "Formula 1" mərhələsinin keçirilməsi üçün müraciət edib

Ruanda "Formula 1" sinif avtomobil yarışları üzrə dünya çempionatının mərhələsinin keçirilməsi üçün rəsmi müraciət edib.

"Far.Az" xəbər verir ki, bu barədə Ruandanın paytaxtı Kiqalidə Beynəlxalq Avtomobil Federasiyasının baş assambleyası zamanı Prezident Pol Kaqame bəyan edib.

Tədbir Afrikada ilk dəfə keçirilir.

"Mən rəsmən elan etməkdən məmnunam ki, Ruanda "Formula 1" Qran-prisini qəbul edərək yarış həyəcanını Afrikaya qaytarmağa iddialıdır. Biz bu fürsətə çox ciddi yanaşırıq", - deyə o bildirib.

Kaqame həmçinin Ruanda Politexnik Kollecinin tələbələrinin idman avtomobilinin prototipini yaratdıqlarını söyləyib. Onun sözlərinə görə, Ruandada Beynəlxalq Avtomobil Federasiyasının dəstəyi ilə avtomobil zavodu yaradılacaq.

phrase_var_article.chosen
57
2
far.az

3phrase_var_article.sources