Bakı. Trend:
Almaniya hakimiyyəti Avropa İttifaqının sanksiyalarıçərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərindəaktivlərini dondurub.
Trend-in məlumatına görə, bu barədə Almaniya Maliyyə Nazirliyixəbər verib.
"Hazırda Almaniyada Aİ-nin 269/2014 saylı və 833/2014 saylıqaydalarına uyğun olaraq təxminən 3,5 milyard avro dəyərindəaktivlər dondurulub və ya hərəkətsizləşdirilib", - deyə bildirilib.Bildirilib ki, bunlara “siyahıya daxil edilmiş şəxslərin və yatəşkilatların dondurulmuş vəsaitləri və iqtisadi resursları, habeləəməliyyatlara qadağa qoyulan dövlətlərdə yerləşən Rusiya MərkəziBankının xarici aktivləri daxildir”.