Maltəpədə (Türkiyə, İstanbul) mənzildə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Feyzullah məhəlləsində Bağdat küçəsində 4 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlığın ardından bölgəyə polis, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.
Mənzildə qalan 15-ə yaxın insan yanğınsöndürmə briqadaları və səlahiyyətlilərin köməkliyi ilə təxliyə edilib.
Yanğın söndürülüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”