AZ

Çin AES tikintisində Qazaxıstana dəstək verməyə hazırdır

Çin Xalq Respublikası atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin həyata keçirilməsində Qazaxıstana dəstək verməyə hazırdır.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyətinin ÇXR-ə işgüzar səfəri zamanı məlum olub.

Dekabrın 10-dan 13-dək səfəri çərçivəsində o, Çin Xalq Respublikasının Dövlət Enerji İdarəsinin və Atom Enerjisi Agentliyinin rəhbərliyi ilə danışıqlar aparıb.

Danışıqlarda nüvə enerjisi, neft-qaz sənayesi, elektrik enerjisi sənayesi və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda referendum keçirilib və vətəndaşların əksəriyyəti AES tikintisini dəstəkləyib.

Seçilən
2
1
yeniazerbaycan.com

2Mənbələr