AZ

Bu yerlərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır. Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20  m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yə çatıb. 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

Seçilən
25
49
qafqazinfo.az

10Mənbələr