AZ

Bakıya sulu qar və qar yağır - FAKTİKİ HAVA

Bakı. Trend:

Saat 9:00-a olan məlumata əsasən, Bakıda və Abşeronyarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraitimüşahidə olunur.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasının bəziyerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan,Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın,Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır.

Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, eləcə də, əksər bölgələrdəşimal-qərb küləyi güclənib.

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeronyarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s,Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə,Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s,Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isəNeftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz,Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yəçatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanınhündürlüyü 5.6 metrdir.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli havaşəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyigözlənilir.

Seçilən
6
49
az.trend.az

10Mənbələr