AZ

FHN-nin Salyanda seminar-müşavirəsi

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Salyan şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, texniki-normativ sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov və başqaları sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Seçilən
5
4
xalqqazeti.az

5Mənbələr