Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən “Skopje Open” beynəlxalq turnirində ardıcıl üçüncü qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, o, üçüncü turda yerli şahmatçı Emil Risteskiyə qalib gəlib.
3 xal toplayan reytinq favoriti turnir cədvəlinə başçılıq edir.
Yarışda 96 şahmatçı mübarizə aparır.
Qeyd edək ki, Eltac bundan əvvəl Skopyedə keçirilən sürətli şahmat üzrə Avropa çempionatında çıxış edərək rapid üzrə dördüncü yeri tutub.
İdman.biz