Cənubi Koreyada dekabrın 3-də uğursuz hərbi vəziyyət elan edilməsindən sonra Milli Assambleyaya daxil olan əsgərləri yola saldığı iddia edilən Paytaxt Müdafiə Komandiri general-leytenant Li Jin Voo həbs edilib.
"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, prokurorluq daha əvvəl vəzifəsindən uzaqlaşdırılan və xaricə çıxışı qadağan edilən Linin hərbi vəziyyət istintaqı çərçivəsində həbs edildiyini bildirib.
Li istintaq çərçivəsində həbs edilən üçüncü yüksək səviyyəli müdafiə zabiti olub.
Bundan əvvəl Cənubi Koreyanın istefa vermiş müdafiə naziri Kim Yonq Hyun və Müdafiə Əks-kəşfiyyatının komandanı general-leytenant Yeo İn Hyung həbs olunmuşdu.