“Time” jurnalı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa “İlin adamı” adını verib. Bu ənənə nəşr tərəfindən 1927-ci ildən davam edir. Redaksiya bu titulu son 12 ay ərzində dünyada daha çox nüfuz sahibi olan şəxsə verir.
Qeyd edək ki, bu il fəxri ad üçün 10 nəfər şəxs namizədliyini irəli sürüb. Onların arasında “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask, ABŞ-nin ilk qadın vitse-prezidenti Kamala Harris, “Meta”nın rəhbəri Mark Zuckerberq kimi məşhur şəxslərin adları yer alır.
XQ