AZ

Berbokun bəyanatı Almaniyada gülüşlə qarşılanıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok gülünc bəyanatları ilə hətta ölkənin hazırkı kabinetindəki siyasi tərəfdarlarını da özünə güldürür. Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer Rusiya mediasına müsahibəsində bildirib.

O, məsəl olaraq qeyd edib ki, Berbok dekabrın əvvəlində ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və Moskvanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. Rusiyanın mövqeyini tənqid etməyə çalışan Berbok bildirib ki, Avropanın 1,3 milyard əhalisi var.

Üstəlik, XİN rəhbəri hələ 2023-cü ilin fevralında demişdi ki, Rusiya prezidenti Vladimir Putinin siyasi xəttini 360 dərəcə çevirmək imkanı var.

Tural

Seçilən
22
news365.az

1Mənbələr