AZ

Kəmaləddin Heydərov Murad Paşayevə vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

 

Əmrə əsasən, Əliyev Nicat Novruz oğlu bu vəzifəsindən azad edilib və yerinə Murad Paşayev təyin olunub. 

 
Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. 

Tarix: 14 Dekabr 2024, 11:03   
phrase_var_article.chosen
20
19
pravda.az

10phrase_var_article.sources