AZ

Zlatko Daliç püşkdən danışdı - “Azərbaycana uzun səfər…”

style='margin-bottom:10px;'>

Xorvatiya futbol millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

Püşkün nəticəsinə əsasən, Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa - Xorvariya cütünün qalibi D qrupunda 
Ukrayna, İslandiya və Azərbaycan komandaları ilə mübarizə aparacaq. Cütün məğlubu isə Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqin yer aldığı L qrupunda yarışacaq. 

QOL.az-ın xəbərinə görə, Daliç püşklə bağlı fikirlərini Xorvatiya Futbol Federasiyasının saytına açıqlayıb. O deyib:

“Belə qeyri-adi püşkü şərh etmək çətindir. Ona görə ki, biz heç əslində kiminlə oynayacağımızı belə bilmirik. Ola bilsin ki, ilk baxışdan kağız üzərində D qrupu daha narahat görünür. Nəzərə almalıyıq ki, orada çox güclü Ukrayna millisi və İslandiya ilə Azərbaycana iki uzun səfər var. Amma hər iki qrupda yüksək keyfiyyətli və iddialı komandalar yer alıb. Hansılar ki, dünya çempionatına çıxmaq istəyirlər”.

phrase_var_article.chosen
27
1
teleqraf.com

3phrase_var_article.sources