AZ

Fürerin var-dövlətinin qeyri-müəyyən aqibəti- Diktator sonda nəyi vəsiyyət etdi?

İkinci Dünya Müharibəsi bəşəriyyət tarixinin qara səhifələrindən biridir. Təbii ki, bu dəhşətli hadisələri dünyaya yaşadan şəxsin adı hələ də qorxu və nifrət yaradır. Bu, faşist diktatoru Adolf Hitlerdir.

 

Hitler nasist partiyasının bütün vəhşiliklərinin ideoloji ilhamvericisi idi. O, Almaniyanı başqa cür təssəvvür edirdi. Holokostda milyonlarla yəhudini qətlə yetirən cəllad, alman xalqının qanının saflığına nail olmaq istəyirdi. Bütün bunlar onun hansı ideyalarla yaşadığını göstəricisidir.

Fürerin tərcümeyi-halı, hakimiyyətə gedən yolu haqqında xeyli yazılar dərc etmişik. Araşdırmalar göstərir ki, onun əməllərindən əziyyət çəkən alman xalqı daim qorxu içində yaşayıb. Ancaq Fürerin həyatı və şəxsiyyəti ilə maraqlanan insanları başqa məsələlər də maraqlandırır. Bu uzun müddətdir sirr olaraq qalır və hələlik onun ətrafında mübahisəli məqamlar var.

Hər kəsi düşündürən bir sualın hələ də cavabı tapılmayıb: onun inanılmaz sərvətinun taleyi necə oldu?

Aydındır ki, bütün ölkəni özünə tabe etdirən və bir çox dövlətləri işğal edən bir adam özündən sonra əhəmiyyətli miras qoymalıdır. Ancaq məsələ o qədər də sadə deyil.

Onun sərvətinə təkcə pul deyil, həm də özünün topladığı rəsm kolleksiyaları daxil idi. Hitler bunu özünün də etiraf etdiyi kimi, doğma şəhərindəki qalereyanı genişləndirmək məqsədi ilə edirdi. Fürer intihar etdikdən sonra rəsm onun qohumlarına və yaxınlarına ötürülüb. Bəs pullar?

Son vəsiyyət

Tədqiqatçılar onun pullarının məbləği ilə bağlı müxtəlif fikirlər bildirirlər. Bəziləri hesab edir ki, Hitlerin sərvəti o qədər də böyük olmayıb. Digərləri onun var-dövləti haqqında heç bir məlumatın qorunmadığına inanırlar. Ancaq bu sərvət nə qədər böyük və əksinə, əhəmiyyətsiz olsa da, fürer onu tamamilə aydın şəkildə idarə edib. Fürer sərvətiylə bağlı vəsiyyət edib.
O, intihar etməzdən bir gün əvvəl son məktubunda belə yazırdı: “Sahib olduğum sərvət dövlətə məxsusdur. Əgər dövlət dağılsa, mənim qərarım başqası üçün önəmli deyil”.

Vəli Həsənoğlu,

KONKRET.az

phrase_var_article.chosen
31
konkret.az

1phrase_var_article.sources