Rusiyanın Yekaterinburq şəhərində 11 yaşlı məktəbli intihar edib.
Bakuinfo.net yerli mediaya istinadla bildirir ki, hadisə Akademik rayonundakı Pavel Şamanova küçəsindəki mənzildə baş verib. Burada onun meyiti kəndirdən asılmış vəziyyətdə tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işə başlayıb. Rusiya İstintaq Komitəsinin Sverdlovsk şöbəsi hələlik insidentlə bağlı şərh verməyib.