AZ

Abbas Abbasov: BTQ dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür

Bakı, 14 dekabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə 5 memorandum imzalayıb. BTQ beyin mərkəzi kimi xarici tədqiqatçılarla sıx əməkdaşlıq edir, dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov

Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.

O bildirib ki, bu xüsusda, xarici tədqiqatçılar tərəfindən iki sanballı hesabat hazırlanıb. Tədqiqatın məqsədlərindən biri materik Fransanın dənizaşırı əraziləri ilə eyni idarəçiliyə və qanunvericiliyə baxmayaraq kəskin fərqləndiyini, bu xüsusda Fransa hökumətinin məqsədyönlü diskriminasiya siyasəti yürütdüyünü oxuculara göstərməkdir. Gəlir səviyyələri, iqtisadi struktur, xarici borc, idxal və ixrac, enerji istehsalı və infrastruktur kimi əsas iqtisadi göstəricilərə diqqət yetirməklə bu araşdırma hər bir regionun üzləşdiyi fərqli çətinlikləri və imkanları təqdim edir.

phrase_var_article.chosen
57
3
azertag.az

4phrase_var_article.sources