Bakı. Trend:
14-15 dekabr tarixlərində Milli Gimnastika Arenasında qışmövsümünün ən parlaq hadisələrindən biri - bədii gimnastika üzrə"Qış nağılı" adlı beynəlxalq turnir keçiriləcək.
Trendxəbər verir ki, iki gün davam edən yarış 2009-2018-ci il təvəllüdlügənc gimnastların parlaq performanslarını və qışın füsunkarab-havasını bir araya gətirəcək.
İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışlarıqışın sehri ilə birləşib izləyicilərə unudulmaz anlar bəxş edəcək,gimnastikanın valehedici dünyasına pəncərə açacaq.
"Qış nağılı" xarici ölkələrin gimnastika federasiyalarını,klubları və yerli gimnastika cəmiyyətlərini bir araya gətirərəkgimnastikanın müxtəlif üslublarını və texnikalarını nümayişetdirəcək. Bu, həm də gənc gimnastların bacarıqlarını genişauditoriya qarşısında nümayiş etdirmək və onların qlobal səhnədəparlaması üçün yaradılan bir fürsətdir.
"Qeyd etmək lazımdır ki, növbəti il yeni yarış qaydaları qüvvəyəminəcək. Gələn ilin yarışlarına cari ildən hazır olmaq və buqaydaları mənimsəmək üçün idmançıları yeni qaydaların tətbiqolunduğu bu turnirdə iştirak edib təcrübə toplamağa çağırırıq",-deyə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.