AZ

Gürcüstanda prezident seçkiləri KEÇİRİLİR

Gürcüstanda prezident seçkiləri başlayıb.

 

Sfera.az xəbər verirk ki, ölkənin yeni prezidenti ilk dəfə ümumxalq səsverməsi ilə deyil, seçicilər kollegiyası tərəfindən seçilir.

 

Keçmiş futbolçu və sabiq parlament üzvü Mixail Kavelaşvili hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının dəstəklədiyi prezidentliyə yeganə namizəddir. Müxalifət oktyabrın 26-da parlamentdə keçirilən səsvermənin nəticələrini tanımayıb, qanunverici orqanın iclaslarını da boykot edib və heç bir namizəd irəli sürməyib. Müxalifətdən olan parlament üzvləri də səsvermədə iştirak etməyi planlaşdırmır.

 

Seçki kollegiyasının tərkibinə 300 üzv, o cümlədən Gürcüstan parlamentinin 150 üzvü, Acarıstan və Abxaziya Ali Şuralarının müvafiq olaraq 21 və 20 nümayəndəsi, habelə yerli hakimiyyət orqanlarının deputatları daxildir. Səsvermə Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən parlament binasında keçiriləcək. 

 

Qeyd edək ki, Gürcüstanın 5 il müddətinə seçiləcək yeni prezidentinin andiçmə mərasimi dekabrın 29-na təyin edilib.

 

Firuzə Əliyeva

Seçilən
36
16
sfera.az

10Mənbələr