AZ

"Zirə"nin qolkiperi: "Üst pillələrdə qərarlaşmaq üçün əlimizdən gələni edəcəyik"

"Zirə"nin qolkiperi Aydın Bayramov Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz" üzərindəki qələbəsini şərh edib:

"Hesab 4:0 olsa da, oyunun çox ağır keçdiyini deyə bilərəm. Əsasən də birinci hissə çox çətin alındı. Amma yaxşı mübarizə apardıq. Əlimizə düşən imkanlardan yaxşı istifadə etdik. Layiqli qələbə qazandıq. Şadam ki, belə səfər görüşündə qələbə qazanmağı bacardıq. Avrokuboklar uğrunda mübarizə aparırıq. Bacardığımız qədər üst pillələrdə qərarlaşmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıda hələ mövsümün böyük hissəsi var. Biz işimizi ən yaxşı şəkildə yerinə yetirmək istəyirik".

Bayramov qarşıdakı turda "Turan Tovuz"la görüş haqda isə bunları deyib: "Həmin oyunda uğurlu nəticə üçün çalışırıq. Artıq həmin oyuna fokuslanmışıq. Nəzərə alsaq ki, xal fərqimizi qələbə qazanaraq minimuma endirə bilərik, bu görüşdə sona qədər mübarizə aparacağıq. Təbii ki, oyun hər şeyi göstərəcək. Əsas odur ki, biz maksimumuzu meydanda verəcəyik. Bu dəqiqdir".

 

saytlarin hazirlanmasi

Seçilən
50
1
sportal.az

2Mənbələr