AZ

Bananın faydası və ziyanı

Bananın vətəni Cənubi-Şərqi Asiyanın tropikləri sayılır. Günümüzdə isə bir çox isti tropik ölkələrdə banan ağacı bitir. 

News24.az xəbər verir ki, Azərbaycanda banan populyar meyvələrdən biridir. Həkim-dietoloqlar uzun müddət bananın faydası və ziyanını, eyni zamanda orqanizmə təsirini öyrəniblər. Bananın tərkibi karbohidartlarla zəngin olduğu üçün ilk növbədə enerji mənbəyi sayılır.

Banan kalium mənbəyidir. Dietoloqların hesablamalarına əsasən, üç bananın tərkibində orqanizmin sutkalıq kalium norması var. Bu isə ürək-damar sisteminin normal fəaliyyətinə şərait yaradır. Məhz bu səbəbdən həkimlər hipertoniya və aritmiyadan əziyyət çəkən insanlara banan yeməyi məsləhət görürlər. Bundan əlavə, bananın tərkibində olan kalium qan təzyiqini də aşağı salır.

Bu tropik meyvə anemiyanın müalicəsində də istifadə edilir. Çünki onun tərkibində dəmir var. Bu mikroelement qanı artırır, orqanizmin qan dövranı funksiyasını yaxşılaşdırır. Bananın tərkibində olan maqnezium stresslərin yaranma ehtimalını azaldır. Bu isə yaz avitaminoz və payız depressiyası dövründə böyük rol oynayır. Sözügedən dövrlərdə insanın sinir sistemi bu və ya digər stress vəziyyətlərinə görə daha çox ziyana məruz qalır.

Banan mədə üçün çox yumşaq qidadır. Məsələ burasındadır ki, bananın bitki bazası lifdir, bu isə mədənin selikli qişasına müsbət təsir edir, mədə divarını qətiyyən zədələmir.

Bundan əlavə, banan qidanın intensiv və düzgün həzmini həyata keçirdiyi üçün orqanizmdəki artıq mayenin ifraz edir.

Eyni zamanda bananın tərkibinin sellülozla zəngin olduğunu qeyd etmək lazımdır. Bu xüsusiyyəti sayəsində banan yumşaldıcı vasitə kimi də istifadə edilir və qəbzlikdən əziyyət çəkən insanlara məsləhət görülür.

Bundan əlavə, qida sahəsi üzrə mütəxəssislər qeyd ediblər ki, bananın tərkibində elə maddələr var ki, strukturuna görə serotoninə (xoşbəxtlik hormonu) oxşardır. Bu maddələr müntəzəm olaraq banan qəbul edən insanlara daha şən olmağa və özünü güclü hiss etməyə şərait yaradır. Bu insanların əhval-ruhiyyəsi qalxır və zehni fəaliyyətləri aktivləşir.

Təəssüf ki, bütün faydaları ilə yanaşı bananın orqanizmə ziyanı da var. Məsələn, qan laxtalanması yüksək olan insanlar üçün banan yemək olmaz. Bundan əlavə, artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkən insanlara da banan məsləhət görülmür.

İnfarkt, ürəyin işemik xəstəliyi və tromboflebit zamanı da banan məsləhət görülmür. Bəzən isə banan qarında köpə də səbəb olur.

Unutmayın, banan qidalı və faydalı tropik meyvədir. Banan qəbul etmək insana vitaminlər və minerallar arasında orqanizmin balansını dəstəkləməyə imkan verir. Təəssüflər olsun ki, hər insana banan yeməyə icazə verilmir, çünki bu meyvənin orqanizmə faydası olduğu kimi ziyanı da var.


phrase_var_article.chosen
28
news24.az

1phrase_var_article.sources