AZ

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,41 ABŞ dolları və ya 0,54% artaraq 76,56 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
4
20
konkret.az

10Mənbələr