AZ

BTQ gələn il Reünyon ilə əməkdaşlığa başlaya bilər

Bakı. Trend:

2023-cü ilin sentyabr ayında fəaliyyətə başladıqda, dənizaşırıölkələr və Korsika ilə əməkdaşlığa başlamışdıq. Daha sonra 2023-cüilin sonunda Qəmər Adaları İttifaqı ilə sıx əməkdaşlığabaşladıq.

Trend xəbərverir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru AbbasAbbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslıhesabatı zamanı jurnalistlərin suallarını cavablandırarkəndeyib.

O bildirib ki, artıq əməkdaşlıq etdikləri regionların sayı 14-əçatıb.

"Təbii olaraq, bu ərazilərin daha da çoxalması bir tərəfdənmüsbət, bir tərəfdən də mənfi haldır. Çünki bu ərazilərin çoxalmasıo deməkdir ki, nə qədər ərazilər, nə qədər xalqlar hələ dəmüstəmləkəçilik əsarəti altında saxlanılır. Amma düşünürəm ki,məsələn, biz növbəti ildə Reünyonla da artıq əməkdaşlığabaşlayacağıq.

Bu, artıq növbəti bir ərazi, növbəti bir regiondur. Bu, qaçılmazbir fəaliyyət istiqamətidir və düşünürəm ki, 2025-ci ildə dəcoğrafiya baxımdan Bakı Təşəbbüs Qrupunun əməkdaşlığı genişlənəcək.Biz çalışacağıq ki, kolonializm və neokolonializm siyasətindənəziyyət çəkən regionlara və xalqlara beynəlxalq hüquq çərçivəsindəöz dəstəyimizi göstərək", - deyə o əlavə edib.

Seçilən
49
1
az.trend.az

2Mənbələr