AZ

Azərbaycan şirkəti Qazaxıstanda premium layihə üçün memarlıq formaları hazırlayıb - İXRAC

IDEA- Qazaxıstanın aparıcı tikinti şirkəti "Sensata Construction" ilə 421 min dollar məbləğində müqaviləni uğurla tamamlayıb. 

IDEA şirkətindən Marja.az-a verilən məlumata görə, "DOSTYQ 300" layihəsi — elit klub tipli evlərdən ibarət yaşayış kompleksi üçün 12 növ fərqli və eksklüziv kiçik memarlıq forması hazırlanmış və istehsal edilmişdir.

"Bütün məhsullar tamamilə Azərbaycanda hazırlanıb, yüksək keyfiyyəti və dünya standartlarına uyğunluğu ilə seçilir. IDEA şirkəti Avropa brendləri ilə rəqabət apararaq, yerli istehsalın gücünü nümayiş etdirir", - Şirkətdən bildirilib.

Məhsulların Almatıya göndərilməsi 2024-cü ilin dekabrında uğurla başa çatdırılmışdır.

ideamemarlıq Sensata Construction Qazaxıstan
Seçilən
11
marja.az

1Mənbələr