Beynəlxalq kredit reytinq agentliyi "Moody's" Fransanın kredit reytinqini "Aa3"ə endirib, reytinq proqnozunu isə stabil olaraq dəyişib."Moody's"in verdiyi açıqlamada ölkənin kredit reytinqinin "Aa2"dən "Aa3"ə endirildiyi bildirilib.Bəyanatda qeyd olunub ki, reytinqin aşağı salınması ölkənin dövlət maliyyəsinin yaxın illərdə əhəmiyyətli dərəcədə zəifləyəcəyi və siyasi bölünmələrin daha çox mənalı fiskal konsolidasiyaya mane olacağı fikrini əks etdirir.Açıqlamada hökumətin dekabrın əvvəlində çökdüyü xatırladılıb və yeni hökumətin 2025-ci ildə dövlət idarəçiliyinin davamlılığını təmin edəcək xüsusi qanun qəbul etməsinin gözlənildiyi bildirilib. Bununla belə, gələcəyə nəzər saldıqda, növbəti hökumətin fiskal kəsirləri davamlı şəkildə azaltmasının çətin olduğu vurğulanıb və Fransanın dövlət maliyyəsinin növbəti 3 il üçün oktyabr ayında proqnozlaşdırılandan daha zəif olacağı proqnozlaşdırıldığı bildirilib.Açıqlamada ölkənin kredit reytinqi proqnozunun neqativdən stabilə dəyişdirildiyi və sabit proqnozun Fransanın əhəmiyyətli kredit güclərini əks etdirdiyi qeyd edilib.Qeyd edək ki, "Moody's" oktyabrda Fransanın kredit reytinqinin proqnozunu stabildən neqativə dəyişib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta