AZ

Simonyan Matvienkonu Ermənistana gətirməyə çalışır

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matvienko gələn il Ermənistana səfər etməyi planlaşdırır.

“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, səfərlə bağlı ilkin razılıq bu ilin oktyabrında erməni spiker Alen Simonyanla Valentina Matvienko arasında telefon danışığı zamanı əldə olunub.

Səfərin tarixi hələ məlum deyil. Ermənistan KİV-nin məlumatına görə, son illərdə Ermənistan-Rusiya münasibətlərinin pozulmasına töhfə verən parlamentin sədri Alen Simonyanın səfərin baş tutması üçün titanik səylər göstərir.

Valentina Matvienko sonuncu dəfə 2015-ci ilin noyabrında Ermənistanda rəsmi səfərdə olub. 2019 və 2020-ci illərdə də onun İrəvana səfər edəcəyi ilə bağlı şayiələr yayılsa da, bu səfərlər heç vaxt baş tutmayıb.

“Cebheinfo.az”

phrase_var_article.chosen
16
1
cebheinfo.az

2phrase_var_article.sources