"İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir"
Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin sabiq qapıçısı Yuri Virt 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
O, ölkəsinin rəqiblərindən danışarkən Azərbaycan və İslandiyanın onlar üçün uyğun komandalar olduğunu bildirib:
"İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir. Təbii ki, hər bir komandaya hörmətlə yanaşırıq.
Digər rəqibimiz Fransa və ya Xorvatiya seçməsi olacaq. İstənilən halda, hər iki komanda da güclüdür.
Ümid edirəm ki, 2025-ci ilə qədər rəqiblərimizi öz meydanımızda qəbul edəcəyik".
Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı ilk oyununu 2025-ci il, sentyabrın 9-da evdə keçirəcək.