Hakimin final fiti 1:1 hesablı heç-heçəni rəsmiləşdirdi. Luis Enrikenin komandası 33 xalla turnir cədvəlinə başçılıq edir. Turun “Velodrom”da keçirilən mərkəzi oyununda “Marsel” “Monako”nu qəbul etdi. “Knyazlar”dan Qolovin ilk yarının sonunda hesabı açsa da, 2-ci hissədə oyunun axarını dəyişən cənublular əzmkar qələbə qazandı. Roberto De Zerbinin komandası bu qələbə sayəsində “Monako”ya çatdı. İndi hər birinin hesabında 26 xal var. “Marsel” əlavə göstəricilərə görə ikinci, “knyazlar” isə üçüncüdü.
Aşkar autsayder “Monpelye”nin qonağı olan “Lill” sonda qələbəni əldən verdi – 2:2. Ötən həftə Bakıda “Qarabağ”ı darmadağın edən “Lion” “Nitsa”ya da eyni aqibəti (4:1) yaşatdı və bu komandanı turnir cədvəlində arxada qoydu. “Reyms”i məğlub edən “Lans” xal hesabında “Nitsa”ya çatdı.
“Renn” Kalimundeonun het-triki ilə “Sent-Etyen”i darmadağın etdi. “Brest” və “Tuluza” da inamlı qələbə qazandı. “Havr” – “Anje” oyununun nəticəsini bir qol müəyyənləşdirdi. Qonaqlar minimal qələbə sayəsində rəqibi arxada qoydu.
13-cü tur
PSJ – Nant 1:1
Hakimi, 2 – Ablin, 38. (47926)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Neveş (Zair-Emeri, 61), Vitinya, Ruis, Li Kan İn (Dembele, 73), Ramuş, Barkola (Due, 73).
Marsel – Monako 2:1
Enrike, 53. Qrinvud, 89-p. – Qolovin, 41. (64277)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kondoqbia, U.Qarsiya (Merlen, 60), Ronjye, Heybyerq, Rabyo, Qrinvud (Nadir, 90+3), Mope (Vai, 74), Enrike.
Monako: Mayetski, Vanderson, Sinqo, Salisu, Mavissa, Zakariya, Maqassa (İlenihena, 90), Akliuş, Ben Seqir (Minamino, 68), Qolovin (Uattara, 75), Baloqun (Embolo, 68).
Monpelye – Lill 2:2
Silla, 45+2. Norden, 90+4 – Devid, 44-p.; 54-p. (14000)
Lion – Nitsa 4:1
Lakazett, 4; 41; 69-p. Veretu, 43 – Diop, 22. (59977)
Reyms – Lans 0:2
Tomasson, 23. Nzola, 61. (18555)
Renn – Sent-Etyen 5:0
Kalimuendo, 39-p.; 61; 67-p. Blyas, 45+5. Quiri, 53. (27586)
Brest – Strasbur 3:1
Lyalya, 12-p. Laje, 45+1. Del Kastilyo, 90+2 – Uattara, 85. (14600)
Tuluza – Oser 2:0
Kinq, 32. Syerro, 39-p. (23746)
Havr – Anje 0:1
Abdelli, 63. (20018)
1. PSJ 13 10 3 0 37-11 33
2. Marsel 13 8 2 3 29-17 26
3. Monako 13 8 2 3 22-12 26
4. Lill 13 6 5 2 21-13 23
5. Lion 13 6 4 3 23-17 22
6. Nitsa 13 5 5 3 24-16 20
7. Lans 13 5 5 3 15-12 20
8. Oser 13 6 1 6 21-21 19
9. Reyms 13 5 3 5 20-18 18
10. Tuluza 13 5 3 5 15-14 18
11. Brest 13 5 1 7 19-23 16
12. Renn 13 4 2 7 18-19 14
13. Strasbur 13 3 4 6 22-27 13
14. Anje 13 3 4 6 14-21 13
15. Sent-Etyen 13 4 1 8 11-30 13
16. Havr 13 4 0 9 10-24 12
17. Nant 13 2 5 6 15-20 11
18. Monpelye 13 2 2 9 13-34 8
Bombardirlər: Barkola (PSJ) – 10, Devid (Lill), Qrinvud (Marsel) – 9.
Turun rəqəmi
150 – “Nitsa” ilə oyunda het-trik edən Lakazett ölkə çempionatında qol sayını bu həddə çatdırdı. Ümumiyyətlə, 21-ci əsrdə Fransa çempionatının elitasında yalnız üç futbolçu 150 və daha artıq qol vurub. Kilian Mbappe 191, Vissam Ben-Yedder 161 dəfə fərqlənib.
Turun ulduzu
Aleksandr Lakazatt (Lion) – çoxillik şərab kimidi, qaldıqca dəyərə minir. 5 mövsümlük “Arsenal” macərasının ardından vətənə qayıdan hücumçu “Nitsa” üzərindəki qələbənin memarı oldu. Missiyasını başa çatdırandan sonra yerini gənc həmkarı Mikautadzeyə verdi.
Turun sitatı
Aleksandr Qolovin, “Monako”nun yarımmüdafiəçisi:
“Hesab edirəm ki, rəqibə nədəsə uduzmadıq, ən azı heç-heçəyə layiq idik. İlk yarı üstünlüyümüz şəraitində keçdi. Amma evdə oynayan rəqib fasilədən sonra “artırdı”. Yenə də “Marsel”in üstün olduğunu deməzdim. Hesabın bərabərləşməsinə səbəb olan axmaq qol bizi bir qədər ruhdan saldı. Düşünürəm ki, bu məğlubiyyət bizi yalnız güclü edəcək, hər şey yaxşı olacaq”.