AZ

“Düşünürəm ki, hesab oyuna görə idi” - “Baku Fire” 2:2-dən razıdı

Futzal üzrə Yüksək Liqanın 6-cı turunda “Araz-Naxçıvan”la “Baku Fire” üz-üzə gəlib. 4 qol qeydə alınan oyunda qalib müəyyənləşməyib.

“Baku Fire”in baş məşqçisi Teymur Eyvazov oyunla bağlı belə dedi:

“Araz-Naxçıvan”la keçirdiyimiz qarşılaşma bu mövsümün ən ağır oyunu oldu. Birinci matçdan fərqli bu oyunda rəqibin 6 legioneri iştirak etdi. Hər iki komanda qələbəyə layiq oyun nümayiş etdirdi. İkinci yarıda oyun daha sürətli keçdi. Rəqibin qapısı qarşısında bir neçə qol vəziyyətiyaratsaq da, cəmi birindən yararlana bildik. “Araz-Naxçıvan”da bizim qapını daim təzyiq altında saxlayırdı. Sona yaxın qapçımız Kamran Hacıyev bir neçə qol epizodunda yaxşı çıxış etdi. Oyunçularımdan çox razı qaldım. Bu oyunda xüsusilə Oqtay Rüstəmli və Henrike yaxşı təsir bağışladı. Düşünürəm ki, hesab oyuna görə idi”.

ƏSƏD SEYİDOV
Seçilən
10
football-plus.az

1Mənbələr