AZ

Cənubi Koreya lideri Yoonun impiçmenti təklifi qəbul edilib

Cənubi Koreya lideri Yoonun impiçmenti təklifi qəbul edilib

Cənubi Koreya Milli Assambleyasında hərbi vəziyyət qərarının konstitusiyaya zidd olduğu əsası ilə prezident Yoonun impiçmenti ilə bağlı təklif qəbul edilib.Cənubi Koreyadakı müxalifət partiyalarının prezident Yoonun qısamüddətli hərbi vəziyyət elanı səbəbiylə vəzifədən azad edilməsi üçün parlamentə təqdim etdiyi təklif qəbul edilib.Qeyd edək ki, prezident Yoon Suk Yeol dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib, lakin parlamentin qərarın ləğvinə səs verməsindən və Nazirlər Şurası tərəfindən təsdiq edilməsindən sonra geri addım adıb.Bundan sonra Yoon Nazirlər Şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.

Seçilən
26
afn.az

1Mənbələr